MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"DAĞ" layihəsinin bütün iştirakçıları ali təhsil müəssisələrinə qəbul oldu 

10:02 01.09.2023



 
 
 
Bizim təşəbbüsümüz ilə 3-cü ildir keçirilən "Düşünən Azərbaycan Gənci" kraudfandinq təhsil layihəsi çərçivəsində Sabirabad rayonunda yaşayan sosial təminatı aşağı, lakin yüksək potensialı olan 10 şagirdin (5 qız və oğlan) ali təhsil müəssisələrinə hazırlığına dəstək verilib.
 
Həmin ailənin övladları “Kainat” Tədris Mərkəzində bir il müddətində ali məktəblərə ödənişsiz hazırlıq kurslarında iştirak ediblər. Gənclərdən 6-sı ödənişsiz əsaslarla, 4-ü isə ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olublar. Qəbul olunduqları ixtisaslara kimya mühəndisliyi, informasiya texnologiyaları, ibtidai sini müəllimliyi, aqronomluq, tarix müəllimliyi və s. daxildir. 
 
Dünən mən də gənclərlə görüşdüm, hər bir çox həyəcanlı və sevincli idilər. Ailələri və müəllimləri onlardan da sevincli idilər. Ödənişli əsaslarla qəbul olunan gənclərə söz verdim ki, çalışacağam ki müxtəlif sponsor tapmaqla onların təhsil haqlarının ödənilməsinə dəstək olum.
 
Qeyd edim ki, bu şagirdlər "DAĞ" layihəsi çərçivəsində 3-cü buraxılış məzunlarıdır. Bundan əvvəl də, Sabirabad rayonunda 20 gəncin ali təhsil müəssisələrinə pulsuz hazırlığına dəstək verilib.
 
Göstərdiyi nəcib dəstəyə görə "Kainat" Tədris Mərkəzinin rəhbəri İlqar müəllimə minnətdarlığımı bildirirəm.